Biz birlikdəyik
Sizin həyatınız bizimlə dəyişəcək
Everything that you dreamed of can be brought to life exactly at the moment when you decide to win.
1000V-a qeder ve 1000V-dan yuxari gerginliklerde olan bütün növ elektrik işlərin layihələndirilməsi və icra olunması:
Görülmüş bütün işlərin Fövqəladə Hallar Nazirliyi və Azərişıq ASC dövlət orqanlarına rəsmi şəkildə təhvil təslim olunması

• Transformator məntəqələrinin qurulması.
• Yüksək gərginlikli açarların qurulması.
• 6/10/35 kV sistem bütün laboratoriya işlərinin icra olunması rəsmi akkreditasiya lisenziyası ilə yoxlanılaraq təhvil verilməsi işlərinin görülməsi.
• Layihənin dizaynı və yerinə yetirilməsi
• Yüksək gərginlikli enerji paylama sistemleri
• Hava xətləri
• Yeraltı xətlər

Yüksək Gərginlikli Elektrik Sistemləri
Laboratoriya Mərkəzi Xidmətləri

Laboratoriya Mərkəzi “Onof Enerji” MMC-nin tərkibində yaradılmış struktur bölməsidir. Laboratoriyamız ölkə ərazisində yerləşən yarımstansiyalarda, transformator məntəqələrində iri ticarət mərkəzlərində, zavodlarda, fabriklərdə, ofis, ev, istehsalat sahələrində və digər obyektlərdə elektrik avadanlıqlarının sınaq işlərini həyata keçirir.
Səyyar sınaq laboratoriyaları və dünyanın ən müasir avadanlıqları ilə təchiz olunan Laboratoriyamız 0,4 kV-dan 35 kV-a qədər elektrik avadanlıqlarının diaqnostikası, test-sınaq işlərini aparmaqla istehlakçıların ehtiyaclarını operativ şəkildə yerinə yetirir. Yüksək gərginlik sınaqları üzrə yerli və beynəlxalq sertifikatlara malik mütəxəssislərimizin təcrübələri sayəsində Azərbaycanın bütün regionlarında göstərilən üstün xidmətlərimizlə bu sektorda bir addım öndəyik.



• 35/10/6/0.4 kV-luq kabel xətlərinin sınağı;( VLF test, DC hipot test)
• 35/10/6/0.4 kV-luq kabel xətlərinin müasir üsullarla zədə yerinin təyini; ( TDR, SİM, DECAY,İCE)
• Kabel xətlərinin trasslarının təyini
• 35/10/6 kV-luq kabel xətlərində diaqnostik ölçmələrin aparılması; (Tan Delta, Partial Discharge)
• 35/10/6 kV-luq kabel xətlərində metal ekranın zədə yerinin təyini;
• 35/10/6/0,4 kV-luq Güc transformatorlarının sınağı;
• 35kV-a qədər Gərginlik transformatorlarının sınağı;
• 35kV-a qədər Cərəyan transformatorlarının sınağı;
• 35kV-a qədər Yüksək gərginlikli açarlarının sınağı;
• Elektrik avadanlıqlarında istifadə olunan transformator yağının sınağı;


• Torpaqlama konturuna nəzərən elektrik avadanlıqlarının torpaqlama müqavimətinin ölçülməsi;
• 35/10/6/0.4 kV-luq ayırıcıların, qısaqapayıcıların, boşaldıcıların, ifrat gərginlik məhdudlaşdırıcılarının sınağı;
• 35/10/6/0.4 kV-luq mühafizə vasitələrinin sınağı;
• Torpağın-xüsusi-müqavimətinin-ölçülməsi;
• Dayaq,asma və keçid izolyatorlarınsınağı;
• İldırım ötürücülərin sınağı;
• Mühərriklərin sınağı;
• Generatorların sınağı.
Alçaq Gərginlikli Enerji Paylama Sistemləri

Bütün növ alçaq gərginlikli kabellərin və avadanlıqların layihələndirilməsi və quraşdırılması. Eyni zamanda bütün görülmüş işlərin test sınaq olunub aktlaşdırılması. Mövcud laboratoriya vasitəsilə sənədləşdirlib rəsmiləşdirilməsi.

• Layihənin dizaynı və yerinə yetirilməsi
• Alçaq gərginlikli enerji paylama panoları
• Daxili və xarici işıqlandırma
• Busbar sistemi
• Xətlərin və kabellərin çəkilməsi
• Kompensasiya Sistemi
• Bütün növ elektrik laboratoriya xidmətləri

Zəif axın və informasiya texnologiyaları sistemləri

Bütün növ zəif axınlı işlərin layihələndirilməsi və icra olunması. Zəif axınlı siqnal kabellərinin və avadanlıqlarının quraşdırılması, test olunması və test sınaq işlərinin laboratoriya vasitəsilə sənədləşdirilib rəsmiləşdirilməsi.
Bütün növ FO, Data, Telefon və CCTV, İnformasiya Texnologiyaları işlərinin layihələndirilməsi, montajı və sistemin test sınaq işlərinin icra olunması. İnformasiya Texnologiyaları, Server və Scada işlərinin bütün Hardware və şəbəkə işlərinin icra olunması.



• Layihənin dizaynı və yerinə yetirilməsi
• Yanğın aşkarlama və həyəcan sistemi
• Telefon, data sistemleri
• Ümumi səsləndirmə, təcili anons sistemi
• SMATV, İP, CCTV, Tv sistemləri
• Təhlükəsizlik , Qapalı dövrə kamera sistemi
• Avtopark Giriş-Çıxış sistemi
• İnterkom sistemi
• Xəstəxana idarəetmə sistemi, tibb bacısı çağrı sistemi
• Mərkəzi saat sistemi
• Fərdi çağırış sistemləri
• Bank növbə sistemləri
• Vizual səs sistemləri
• Konfrans ve təqdimat sistemləri
• Bütün növ laboratoriya xidmətləri
Kəsintisiz Elektrik Sistemləri

İstehsalat müəssisələrinin və ofislərin kəsintisiz elektrik enerjisi ilə təmin olunması işlərinin layihələndirilməsi və icra olunması.
Bütün növ generator və UPS sistemlərinin layihələndirilərək sistemə qoşulması və avtomatlaşdırılması işlərinin icra olunması.

• Generator pano dizaynız
• Generator quraşdırma
• Davamlı enerji təchizatı layihəsinin dizaynı və layihənin yerinə yetirilməsi
• Davamlı enerji təchizatı pano dizaynı
• Davamlı enerji təchizatı sisteminin quraşdırılması
• UPS sistemlərinin quraşdırılması
• Bütün növ laboratoriya xidmətləri
• Generator layihə dizaynı və layihələrin yerinə yetirilməsi

Kəsintisiz Elektrik Sistemləri
Avtomatika Sistemləri

Bütün növ avtomatika, ağıllı ev sistemləri və uzaqdan idarə olunan sistemlərin layihələndirilməsi və icra olunması.
Görülmüş bütün işlərin test sınaq olunub aktlaşdırılaraq rəsmiləşdirilməsi işlərinin icra olunması.

• Ağıllı ev sistemləri
• Enerji nəzarəti sistemləri
• Bina avtomatika sistemləri
• İşıqlandırma avtomatika sistemi
• SCADA
• Bütün növ laboratoriya xidmətləri

Torpaqlama və ildırımdan mühafizə sistemləri


Bütün növ ildırımdan mühafizə və torpaqlama sisteminin layihələndirilməsi və tətbiqi.
Torpağın xüsusi müqavimətinin ölçülməsi. Layihələndirilmiş torpaqlama və ildırım ötürmə sisteminin quraşdırılması və görülən bütün işlərin rəsmi sınaqdan keçirilməsi və sənədləşdirilməsi.

• İldırımdan mühafizə layihəsinin dizaynı və layihənin icrası
• İldırımdan mühafizə sisteminin quraşdırılması
• Torpaqlama layihəsinin dizaynı və layihənin icrası
• Torpaqlama sisteminin quraşdırılması
• Bütün növ laboratoriya xidmətləri

This site was made on Tilda — a website builder that helps to create a website without any code
Create a website